Becərmək sizdən,
tədarük bizdən!

Bir qarış torpaq da boş qalmamalıdır!

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

XƏBƏRLƏR

  • 02.08.2018, 15:30

    CƏBHƏ BÖLGƏSİNDƏ BİRGƏ TƏDARÜK AKSİYASI

    Ətraflı
  • 31.07.2018, 10:40

    "BU ADDIM BİZİ XEYLİ RUHLANDIRDI"

    Ətraflı

31.07.2018, 10:40

"BU ADDIM BİZİ XEYLİ RUHLANDIRDI"

Əsədov Bəybala Əsədulla oğlu. 1947-ci ildə Masallının Gəyəçöl kəndində anadan olub. İxtisasca aqronomdur, sovet dövrü kolxozda briqadir işləyib.  Sovet rejimi dağılandan sonra 2 hektarlıq kicik təsərrüfat yaradaraq tərəvəzçilik sahəsinə könül verib. Bu həftə “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC 71 yaşlı fermeri çətin vəziyyətdən qurtardı. Məhsul sahədə qalıb xarab olduğu üçün ASC tərəfindən tədarük olunaraq Lənkəran rayonundakı emal zavoduna təhvil verildi. “Bu il 3 hektarda pomidor əkmişdim, amma məhsulun hamısını yerbəyer edə bilmədik. ASC-yə müraciət etdik ki, bizə kömək etsinlər. Sağ olsunlar, dərhal sahəyə gəldilər. Hazırda sahədən məhsulu yığıb konserv zavoduna daşıyırlar. Bizi ziyana düşməkdən qorudular, bu addım bizi xeyli ruhlandırdı”.