Becərmək sizdən,
tədarük bizdən!

Bir qarış torpaq da boş qalmamalıdır!

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

XƏBƏRLƏR

  • 12.12.2018, 09:10

    XALQIMIZ ÜMUMMİLLİ LİDERİN ƏZİZ XATİRƏSİNİ YAD EDİR!

    Ətraflı
  • 03.12.2018, 17:00

    QEYRİ-NEFT SEKTORUNDA 10 AYLIQ İXRAC

    Ətraflı

02.08.2018, 15:30

CƏBHƏ BÖLGƏSİNDƏ BİRGƏ TƏDARÜK AKSİYASI

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi ilə Səhmdar Cəmiyyətin birgə əməkdaşlığı nəticəsində Ağdamın cəbhəyanı kəndi olan Çəmənlidə sosial aksiya keçirilib.

Birinci Qarabağ Müharibəsi əlili Çingiz Əsədovun sahəsində əkib-yetişdirdiyi soğan məhsulları tarlabaşında tədarük olunub. Kənd sakini bir müddət əvvəl İctimai Birliyin üzvləri rayonda olarkən məhsullarının satışına köməklik göstərilməsini xahiş etmişdi. Hər iki qurum operativ məsləhətləşmə apararaq əlil vətəndaşın müraciətini  müsbət cavablandırmaq haqda qərar qəbul etdilər.

Ümumi çəkisi 15 ton olan soğan məhsulları Səhmdar Cəmiyyətin öz nəqliyyat vasitələri ilə real bazar qiymətinə tədarük olunaraq həftəsonu yarmarkalarda satışa çıxarılacaq. “Bu il məhsuldarlığımız yüksək oldu, rayonda soğan istehsalı bol olduğu üçün satışında çətinliklə üzləşmişdik. Bir az da sahədə qalsa məhsulun böyük hissəsi kəskin istilərin təsiri ilə zay olacaqdı. “Regional İnkişaf” İctimai Birliyin üzvləri rayonumuzda olarkən müraciət etdim, onlarda “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin köməyi ilə mənə böyük köməklik göstərdilər. Hətta məhsullarımı bazar qiymətinə uyğun qiymətə aldılar. Bu addımla məni gələn il daha çox əkməyə ruhlandırdılar. Ölkədə kənd təsərrüfatı məhsulları istehsalçılarına bu qədər sürətli, operativ xidmət göstərən təşkilatlar yaratdığına görə, cəbhə xəttində yerləşən əhaliyə diqqət və qayğısına görə Prezidentimiz İlham Əliyevə təşəkkürümü bildirirəm”- deyə kənd sakini bildirib.