Becərmək sizdən,
tədarük bizdən!

Bir qarış torpaq da boş qalmamalıdır!

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

XƏBƏRLƏR

  • 12.12.2018, 09:10

    XALQIMIZ ÜMUMMİLLİ LİDERİN ƏZİZ XATİRƏSİNİ YAD EDİR!

    Ətraflı
  • 03.12.2018, 17:00

    QEYRİ-NEFT SEKTORUNDA 10 AYLIQ İXRAC

    Ətraflı

02.10.2018, 15:15

LƏNKƏRANDAKI UŞAQ BAĞÇALARINDA İCTİMAİ NƏZARƏT TƏDBİRİ KEÇİRİLİB

Səhmdar Cəmiyyətin təşəbbüsü ilə Lənkəran şəhərindəki uşaq  bağçalarında tədbir keçirilib. Şəhərdə fəaliyyət göstərən uşaq bağçalarının əməkdaşları, valideynlər, ictimai təşkilat nümayəndələri Səhmdar Cəmiyyətin rayon üzrə dayaq məntəqəsindən başlayaraq ərzaq məhsullarının təchizat sxemini müşahidə ediblər. Səhmdar Cəmiyyətin Satınalma və təchizat işinin təşkili departamentinin müdiri Abbas Hacıyev və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nicat Nəsirli iştirakçıllara qurumun fəaliyyəti haqqında geniş məlumat veriblər.

Daha sonra Lənkəran şəhər 5 və 17 saylı uşaq bağçalarında təchiz edilən ərzaqların bişirilməsinə, nahar prosesinin rasion üzrə təşkilinə baxış keçirilib. Prosesdə iştirak edən valideynlər ərzaqların keyfiyyətindən razılıqlarını bildiriblər.

Bağça müdirəsi Səbirə Fərzullayeva bildirib:”Son iki ildə bağçamıza daxil olan ərzaq məhsullarının keyfiyyətində ciddi dəyişiklik olub. Ərzaq normativlərini “tedaruk.az” portalına bir il əvvəldən daxil olaraq elektron qaydada sifariş edirik. Bildiyiniz kimi, ölkə prezidentinin sərəncamı ilə artıq ərzaq satınalınması mərkəzləşdirilmiş qaydada həyata keçirilir, iyun ayında uşaqlar üçün lazım olan ərzaqları portal vasitəsi ilə sifariş edirik. Bu asan, subyektiv yanaşma olmadan həyata keçirilən bir prosesdir”.

5 saylı uşaq bağçasının müdirəsi Aybəniz Hüseynova da prezidentin sərəncamından sonra ərzaq təchizatının keyfiyyətində müsbət dəyişikliklərin olduğunu bildirib.