Becərmək sizdən,
tədarük bizdən!

Bir qarış torpaq da boş qalmamalıdır!

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

XƏBƏRLƏR

  • 12.12.2018, 09:10

    XALQIMIZ ÜMUMMİLLİ LİDERİN ƏZİZ XATİRƏSİNİ YAD EDİR!

    Ətraflı
  • 03.12.2018, 17:00

    QEYRİ-NEFT SEKTORUNDA 10 AYLIQ İXRAC

    Ətraflı

26.09.2018, 12:30

TƏDARÜK - TƏCHİZAT SİSTEMİNİN KEYFİYYƏTİ DAHA DA YÜKSƏLDİLƏCƏK

Ölkə ərazisində həyata keçirilən tədarük-təchizat  sisteminin keyfiyyətinin daha da yüksəldilməsi ilə bağlı müşavirə keçirilib. Müşavirədə Səhmdar Cəmiyyətin regional bölmə əməkdaşları iştirak ediblər.  İdarə Heyətinin sədr müavini Xaliq Məmmədov çıxış edərək indiyə qədər həyata keçirilmiş işlərə qiymət verib və qarşıda duran vəzifələrdən danışıb. Bildirib ki, 2017-ci ili uğurlu nəticələrlə başa vurmuş qurum növbəti il üçün yerli istehsalçılardan 119 milyon manatdan artıq qida və kənd təsərrüfatı məhsulları tədarük edərək dövlət satınalan təşkilatlarının təlabatına yönəldəcək. Dövlət büdcəsindən maliyyələşən 850 müəssisə və təşkilatla satınalma müqaviləsi imzalanıb, həmin müqavilələrə əsasən, müəyyənləşdirilən tələbatlar “tedaruk.az” portalına yerləşdirilib və 163 məhsul növü üzrə 286 istehsalçı və satıcıdan onlayn rejimdə təkliflər qəbul edilib. Eyni zamanda, daxili bazarın təlabatını ödəmək üçün regionlarda tədarük sistemi fasiləsiz olaraq fəaliyyət göstərməkdədir. İlin 8 ayının yekunlarına görə, dəyəri 72 milyon manat olan 31 min ton məhsul tədarük edilərək təlabata yönəldilib.   

Müşavirədə çıxış edən Satınalma və təchizat işinin təşkili departamentinin müdiri Abbas Hacıyev, Tədarük və satışın koordinasiyası departamentinin müdiri Azər Ələkbərov payız mövsümündə tədarük-təchizat sisteminin gücləndirilməsi ilə bağlı təkliflər irəli sürdülər. Qarşılıqlı müzakirələrdə Azərbaycanın kənd təsərrüfatı məhsullarının yaxın xarici ölkə bazarlarına ixrac imkanlarının genişləndirilməsi,  tədarük-satış  zəncirinin gücləndirilməsi ilə bağlı mobil fəaliyyətin təşkili, daxili və xarici bazarlarda gedən qiymət tendensiyalarının izlənilməsi, yerli stehsalçıların məlumat bazasının yaradılması qərara alınıb.