Becərmək sizdən,
tədarük bizdən!

Bir qarış torpaq da boş qalmamalıdır!

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

XƏBƏRLƏR

  • 12.12.2018, 09:10

    XALQIMIZ ÜMUMMİLLİ LİDERİN ƏZİZ XATİRƏSİNİ YAD EDİR!

    Ətraflı
  • 03.12.2018, 17:00

    QEYRİ-NEFT SEKTORUNDA 10 AYLIQ İXRAC

    Ətraflı

19.09.2018, 11:40

UŞAQ BAĞÇALARINDA “AÇIQ QAPI GÜNÜ”

Səhmdar Cəmiyyətin təşəbbüsü ilə Mingəçevir şəhərində fəaliyyət göstərən uşaq bağçalarının ərzaq təchizatını nümayiş etdirmək məqsədi ilə media nümayəndələri və içtimaiyyət nümayəndələri üçün “açıq qapı günü” keçirilib. Səhmdar Cəmiyyətin Mingəçevir dayaq məntəqəsində keçirilmiş tədbirdə gündəlik ərzaq məhsullarının keyfiyyəti, təchizat sxemi nümayiş etdirilib, əhalini maraqlandıran suallar cavablandırılıb. İdarə Heyətinin sədr müavini Elşən Əsədov, içtimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nicat Nəsirli, texniki təminat üzrə aparıcı mütəxəssis Kamran Vəliyev, regional idarənin rəisi Elçin Rəhimov və digərləri ərzaqların saxlanma qaydası, keyfiyyətə nəzarət prinsipləri haqda geniş məlumatlar veriblər.

Daha sonra 7 və 12 saylı uşaq bağçalarında ərzaq məhsullarının təchizat sistemi nümayiş etdirilib, körpələr üçün bişirilən yeməklərin keyfiyyətinə baxış keçirilib. Məktəbəqədər təhsil müəssisəsinin əməkdaşları, valideynlər təchiz edilən ərzaqların keyfiyyətindən razılıqlarını bildiriblər.

Xatırladaq ki, Mingəçevir şəhəri üzrə 21 uşaq bağçası 2017-ci ildə 576 ton, 2018-ci ildə isə 311 ton həcmində ərzaq məhsulları ilə təmin olunub.