Becərmək sizdən,
tədarük bizdən!

Bir qarış torpaq da boş qalmamalıdır!

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

XƏBƏRLƏR

  • 03.10.2018, 15:30

    COCUQ MƏRCANLIDA İSTEHSAL OLUNMUŞ MƏHSULLAR TƏDARÜK EDİLİB

    Ətraflı
  • 02.10.2018, 15:15

    LƏNKƏRANDAKI UŞAQ BAĞÇALARINDA İCTİMAİ NƏZARƏT TƏDBİRİ KEÇİRİLİB

    Ətraflı

03.10.2018, 15:30

COCUQ MƏRCANLIDA İSTEHSAL OLUNMUŞ MƏHSULLAR TƏDARÜK EDİLİB

Dövlət başçısının tapşırıqlarına uyğun olaraq “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin sosial-iqtisadi inkişafına öz tövhəsini verir. Səhmdar Cəmiyyət kənddəki kiçik ailə təsərrüfatlarında istehsal olunan məhsulların tədarükünü həyata keçirib. Tədarükə qəbul edilmiş məhsullar istixanalarda yetişdirilmiş xiyar və arıçılıq məhsullarıdır. “Cocuq Mərcanlı” brendi altında tədarük edilən məhsullar həftəsonu yarmarkalara və dövlət satınalan təşkilatlarının təlabatına yönəldiləcək.

İqtisadiyyat Nazirliyinin və Türkiyənin Azərbaycandakı Səfirliyinin birgə həyata keçirdiyi layihələr çərçivəsində  kənddə yaradılmış istixanalarda və arıçılıq təsərrüfatlarında istehsal edilən məhsulların satışı tədbirində çıxış edən Səhmdar Cəmiyyətin İdarə Heyətinin sədr müavini Elşən Əsədov bildirib ki, qurum həftəlik olaraq kənd sakinlərinin istehsal etdikləri məhsulları orta bazar qiymətinə tədarük edəcək. Bu barədə kənd əhalisi ilə razılıq əldə olunub. Səhmdar Cəmiyyət kənd təsərrüfatı məhsullarının tədarükü ilə yanaşı yaxın gələcəkdə kənddə həyata keçiriləcək digər sosial-iqtisadi layihələrin həyata keçirilməsinə dəstək verəcəkdir.