Becərmək sizdən,
tədarük bizdən!

Bir qarış torpaq da boş qalmamalıdır!

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

XƏBƏRLƏR

  • 16.11.2018, 16:40

    MƏHSULLARIMIZIN ÇİN BAZARINA İXRACINI STİMULLAŞDIRMAQ ƏSAS HƏDƏFDİR

    Ətraflı
  • 16.11.2018, 14:25

    QİDA TƏHLÜKƏSİZLİYİ SAHƏSİNDƏ YENİ ƏMƏKDAŞLIQ YARANDI

    Ətraflı

16.11.2018, 16:40

MƏHSULLARIMIZIN ÇİN BAZARINA İXRACINI STİMULLAŞDIRMAQ ƏSAS HƏDƏFDİR

Noyabr ayının 4-dən 8-ə qədər iqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasında səfərdə olub. Nümayəndə heyətində “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin İdarə Heyətinin sədr müavini Elşən Əsədov da təmsil olunub.

Səfər çərçivəsində Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının iclası keçirilib, Çinin Dövlət Gömrük Administrasiyasının sədr müavini Li Quo ilə görüşdə qeyd edilib ki, iki ölkə arasında ticarət dövriyyəsi 20 faiz artıb. Çinin Cənubi Qafqaz ölkələri ilə ticarətinin təqribən 46 faizi Azərbaycanın payına düşür.

Azərbaycan nümayəndə heyəti Şanxayda keçirilmiş  və Azərbaycanın vahid ölkə stendinin nümayiş olunduğu Birinci Çin Beynəlxalq İdxal Sərgisində iştirak edib, sərgi çərçivəsində təşkil olunmuş  “Ticarət və investisiya”, “Bir kəmər, bir yol ekoloji kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi”, “Qlobal ticarət və beynəlxalq logistikalar” mövzularındakı forumlarda aktiv təmsil olunub. Nümayəndə heyəti Şanxay şəhərində açılmış “Azərbaycan Şərab Evi”nə baxış keçirib. 

Səfərin nəticəsi olaraq iki ölkə arasında nəqliyyat sahəsində əlaqələrin koordinasiyası üçün İşçi Qrupun yaradılmasını qərara alınıb.

İdarə Heyətinin sədr müavini Elşən Əsədov müzakirələrin əhəmiyyətini qiymətləndirib:” Bu səfərin gələcək iqtisadi münasibətlərin yaradılması baxımından böyük əhəmiyyəti olacaqdır. Çin tərəfi ilə əməkdaşlığın bütün aspektləri ətraflı müzakirə olundu. Müzakirələrin əsas hədəfi Azərbaycan məhsullarının Çin bazarına ixracının stimullaşdırılması məsələləri idi. Məhsullarımızın Çinin nəhəng bazarlarında genişlənməsi, bunun üçün qarşıda duran maneələrin aradan qaldırılması üçün vahid iradə ifadə olundu. Xüsusən, gömrük, vergi dərəcələrinin yümşaldılması, logistika imkanlarının  optimallaşdırılması ciddi müzakirə olundu”.