Becərmək sizdən,
tədarük bizdən!

Bir qarış torpaq da boş qalmamalıdır!

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

XƏBƏRLƏR

  • 16.11.2018, 14:25

    QİDA TƏHLÜKƏSİZLİYİ SAHƏSİNDƏ YENİ ƏMƏKDAŞLIQ YARANDI

    Ətraflı
  • 08.11.2018, 16:00

    AZƏRBAYCAN DÖVLƏT BAYRAĞI-100

    Ətraflı

16.11.2018, 14:25

QİDA TƏHLÜKƏSİZLİYİ SAHƏSİNDƏ YENİ ƏMƏKDAŞLIQ YARANDI

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC arasında anlaşma memorandumu imzalanıb. Memorandumda  dövlət müəssisə və təşkilatları tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması və ərzaq məhsullarının keyfiyyətinin daha da artırılması, bu məqsədlə qida zəncirinin bütün mərhələlərində dövlət müəssisə və təşkilatlarının zəruri qida ehtiyaclarının təmin olunması istiqamətində xidmətlərin təşkili, göstərilən xidmətlər haqqında tərəflərin qarşılıqlı əməkdaşlığının həyata keçirilməsi əksini tapıb.

Memorandumu Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Balarəhim Quliyev və “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin sədr müavini Elşən Əsədov imzalayıblar.

İmzalanma mərasimində çıxış edən Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Balarəhim Quliyev bildirib ki,  memorandum tərəflərin   qarşılıqlı əlaqələrinin gücləndirilməsində, bununla da  əhalinin, o cümlədən dövlət müəssisə və təşkilatlarının  təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin edilməsində əhəmiyyətli rol oynayacaq. “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin sədr müavini Elşən Əsədov qeyd edib ki, aqrar sektorda tədarük zəncirinin formalaşdırılması, fermerlərin istehsal etdikləri məhsulların  tədarük olunması istehsalçıları daha da stimullaşdırır. İmzalanmış anlaşma memoradumu qida zəncirinin bütün mərhələlərində xidmətlərin keyfiyyətinin artırılmasını təmin edəcək.

Memorandumda əməkdaşlığın istiqamətləri, tərəflərin öhdəlikləri öz əksini tapıb. Sənədə əsasən, tərəflər qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlər tərəfindən qida təhlükəsizliyi, baytarlıq və fitosanitariya qanunvericiliyinin tələblərinə əməl edilməsi üçün onların maarifləndirilməsi, iqtisadi və hüquqi informasiya ilə təmin edilməsi üçün birgə tədbirlər görülməsi, habelə tədarük və təchizat olunan qida məhsulları istehsalçıları və satıcılarının qida təhlükəsizliyi qeydiyyatına cəlb olunması, onlara Agentliyin tabeliyindəki Qida Təhlükəsizliyi İnstitutu vasitəsilə konsaltinq və təlim xidmətlərinin göstərilməsi, zəruri hallarda Agentlik tərəfindən tədarük və təchizat anbarlarında olan qida məhsullarından nümunələrin götürülməsi və qida təhlükəsizliyi tələblərinə uyğunluğunun qiymətləndirilməsi, qida təhlükəsizliyi tələblərinə uyğun olmayan qida məhsulları barədə məlumatların qarşılıqlı mübadiləsi, beynəlxalq proqramlarda  birgə iştirak, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi üçün tədbirlərin görülməsi, əhalinin həssas qruplarının sağlam qida ilə təmin edilməsi istiqamətində pilot layihələrin həyata keçirilməsi üçün birgə tədbirlər həyata keçiriləcəkdir.