Becərmək sizdən,
tədarük bizdən!

Bir qarış torpaq da boş qalmamalıdır!

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

  • 05.01.2017, 11:30

    TƏDARÜK - TƏCHİZAT SİSTEMİ UĞURLA FƏALİYYƏT GÖSTƏRİR

    Ətraflı
  • 28.12.2016, 10:35

    TƏDARÜK - TƏCHİZAT SİSTEMİ FƏALİYYƏTƏ BAŞLADI

    Ətraflı

05.01.2017, 11:30

TƏDARÜK - TƏCHİZAT SİSTEMİ UĞURLA FƏALİYYƏT GÖSTƏRİR

01 yanvar 2017-ci il tarixdən “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC respublikanın bütün regionlarında tədarük və təchizat prosesinə başlamışdır. Prosesi uğurla həyata keçirmək üçün 12 bölgədə mərkəzi anbarlar, 55 rayonda isə dayaq məntəqələri müəyyən edilmiş, lazımi kadr potensialı cəlb olunmuşdur. Satınalan təşkilatlarla təlabatlar müəyyən edilərək müqavilələr imzalanmışdır.Bayram günlərində Cəmiyyət rəhbərliyi respublikanın bütün bölgələrinə işgüzar səfər edərək tədarük-təchizat prosesinin manitorinqini həyata keçirmişdir. Manitorinq Cəmiyyətin fəaliyyət göstərdiyi bütün yerli strukturlarda - Abşeron, Quba-Xaçmaz, Aran, Qax-Zaqatala, Şəki-Qəbələ, Şəmkir-Qazax, Gəncə-Samux, Yuxarı Qarabağ, Dağlıq Şirvan və Lənkəran Regional Bölmələrinə daxil olan şəhər, rayonlarda, dayaq məntəqələrində aparılmışdır. Rəhbərlik tərəfindən regionlardakı mərkəzi anbarlara baxış keçirilmiş, tədarükün operativ həyata keçirilməsi üçün yerli sturuktur əməkdaşlarına lazımi tapşırıqlar verilmişdir. Yerlərdə keçirilən görüşlərdə satınalan təşkilatların əvvəlcədən müəyyən etdikləri təlabatlarının təmin olunmasında hər hansı bir fasilələrin yaranmayacağı ifadə olunmuşdur.

Səhmdar Cəmiyyət rəhbərliyi tərəfindən tədarük-təchizat prosesinin mütəmadi manitorinqinin keçirilməsi davam etdiriləcəkdir.