Becərmək sizdən,
tədarük bizdən!

Bir qarış torpaq da boş qalmamalıdır!

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

XƏBƏRLƏR

  • 2018-01-20

    ÜMÜMXALQ HÜZN GÜNÜ

    Ətraflı
  • 2018-01-18

    2017-Cİ İLİN İXRAC REYTİNQİ

    Ətraflı
  • 2017-02-10

    YEVLAXDA REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB

    Ətraflı
  • 2018-01-12

    TƏDARÜK - TƏCHİZAT SİSTEMİNİN BİR İLLİK FƏALİYYƏTİNƏ YEKUN VURULDU

    Ətraflı
  • 2017-12-29

    SƏHMDAR CƏMİYYƏTDƏ BAYRAM TƏDBİRİ KEÇİRİLİB

    Ətraflı

2017-12-28

ƏLİLLƏRƏ BAYRAM SOVQATLARI PAYLANDI

“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə sosial aksiya keçirib. Respublika Əlillər Cəmiyyətinin Nəsimi Rayon Təşkilatının 100 nəfər üzvünə bayram sovqatları paylanıb.

Tədbiri giriş sözü ilə açan İdarə Heyətinin sədr müavini Elşən Əsədov əlillərə Səhmdar Cəmiyyətin rəhbəri Əbülfət Qocayevin bayram təbrikini çatdırıb və qurumun sosial təşəbbüsləri haqda məlumat verib. Bildirib ki, qurum il ərzində cəmiyyətin aztəminatlı təbəqələrinə, eləcədə sərhəd və cəbhə bölgələrində yaşayan soydaşlarımıza qayğı ilə yanaşıb. Bir neçə dəfə sosial aksiyalar keçirilərək yüzlərlə ailəyə bayram sovqatları və digər zəruri istehlak malları paylanıb. Vurğulanıb ki, Səhmdar Cəmiyyət əlil, şəhid və digər qrupdan olan aztəminatlı ailələrə qayğı göstərilməsini diqqətdə saxlayacaq.

Respublika Əlillər Cəmiyyətinin Nəsimi Rayon Təşkilatının sədri Roza Məclulova və təşkilat üzvləri çıxış edərək əlillərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkürlərini bildiriblər.

Sonda əlil ailələrinə bayram sovqatları paylanıb. Ərzaq bağlamalarına gündəlik zəruri qida məhsulları daxildir.