Becərmək sizdən,
tədarük bizdən!

Bir qarış torpaq da boş qalmamalıdır!

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

MƏQSƏDİMİZ VƏ FƏALİYYƏTİMİZ

Məqsədimiz:

- Tədarük və təchizat zəncirini quraraq, kənd təsərrüfatı məhsullarının istehsalını və emalını stimullaşdırmaq, regionlarda kənd təsərrüfatı ilə məşğul olan əhalinin sosial rifahının yaxşılaşdırılmasına zəmin yaratmaq, dövlət vəsaitlərinin səmərəli istifadəsini təmin etmək.

Fəaliyyət istiqamətlərimiz:

- Dövlət müəssisə və təşkilatları tərəfindən ərzaq məhsullarının  mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınmasını təşkil etmək;

- Ölkə miqyasında yerli kənd təsərrüfatı məhsullarını tədarük etmək və daxili bazarda satışını və istehlakını təşkil etmək;

- Ixracın təşviqi məqsədi ilə tələbatdan artıq tədarük edilmiş məhsulların xarici ölkələrdə mümkün satış kanalları vasitəsilə satışını təşkil etmək;

- Əhalinin sağlam qidalanmasının təşviq edilməsi üzrə sosialyönümlü, yerli və beynəlxalq səviyyəli  layihələrdə iştirak etmək.

Dəyərlərimiz:

- Fəaliyyətlərimizi Azərbaycan Respublikasının qanunları və müvafiq beynəlxalq normativ sənədlərin tələbləri əsasında qururuq;

- Yerinə yetirilən işlərin bütün icra mərhələlərini nəzarət altında saxlamaqla irəli sürülən norma və tələblərə riayət edirik;

- Hər bir sifarişçinin arzu və istəklərini tam və vaxtında yerinə yetirərək, yüksək müştəri məmnuniyyətinin əldə olunmasına çalışıırıq;

- Ərzaq məhsullarının istehsalçıları və satıcıları ilə diqqət və peşəkarlığa söykənən qarşılıqlı əlaqələr yaradırıq;

- İdarəetmənin daim təkmilləşdirilməsi, əməkdaşların bilik və bacarıqlarının artırılması, yeni texnologiyaların tətbiqi üçün şərait yaradırıq.