Becərmək sizdən,
tədarük bizdən!

Bir qarış torpaq da boş qalmamalıdır!

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

XƏBƏRLƏR

  • 08.11.2018, 16:00

    AZƏRBAYCAN DÖVLƏT BAYRAĞI-100

    Ətraflı
  • 31.10.2018, 10:25

    SƏHMDAR CƏMİYYƏT MONQOLUSTAN BAZARINI ARAŞDIRIB

    Ətraflı

08.11.2018, 16:00

AZƏRBAYCAN DÖVLƏT BAYRAĞI-100

9 Noyabr Dövlət Bayrağı Günü münasibəti ilə Səhmdar Cəmiyyətdə bayram tədbiri keçirilib. Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə ictimaiyyətlə əlaqələr şöbəsi tərəfindən hazırlanmış ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Daha sonra ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nicat Nəsirli və AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşı, tarix elmləri doktoru Solmaz Tohidi Azərbaycan dövlət bayrağının formalaşdığı dövrün ictimai-siyasi, ideoloji əsasları haqqında söz açıblar. Təqdimatlarda milli dövlət atributlarının yaranması, inkişafı haqqında ətraflı məlumat verilib.