Becərmək sizdən,
tədarük bizdən!

Bir qarış torpaq da boş qalmamalıdır!

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

XƏBƏRLƏR

  • 08.11.2018, 16:00

    AZƏRBAYCAN DÖVLƏT BAYRAĞI-100

    Ətraflı
  • 31.10.2018, 10:25

    SƏHMDAR CƏMİYYƏT MONQOLUSTAN BAZARINI ARAŞDIRIB

    Ətraflı

20.07.2018, 11:45

2018-Cİ İLİN İLK 6 AYININ YEKUNLARI

Dövlət büdcəsindən maliyyələşən 850 müəssisə və təşkilatla satınalma müqaviləsi imzalanıb, həmin müqavilələrə əsasən, müəyyənləşdirilən tələbatlar “tedaruk.az” portalına yerləşdirilib və 173 məhsul növü üzrə 286 istehsalçı və satıcıdan onlayn rejimdə təkliflər qəbul edilib. Həmin təkliflər üzrə müvafiq araşdırmalar aparıldıqdan sonra 241 istehsalçı və satıcı ilə müqavilə imzalanıb. Nəticədə, 2018-ci ilin 6 ayı ərzində bu istehsalçı və satıcılardan 28 min ton, dəyəri 52 milyon manat olan kənd təsərrüfatı və ərzaq məhsulları tədarük olunaraq mərkəzi, yerli icra hakimiyyəti orqanlarına məxsus 1934 təchizetmə nöqtəsinə çatdırılıb.  

Daxili bazarda bu müddət ərzində - 20 348 kq tərəvəz, 3248 kq meyvə-giləmeyvə, 1636 kq bostan, 4179 kq dənli - paxlalı məhsullar satılıb.

Daxili bazar üçün kartof, soğan, bibər, badımcan, yerkökü, kələm, lobya, qarğıdalı, sarımsaq, alma, armud, alça, gavalı, gilas, çiyələk, qarpız, yemiş və s. kimi məhsullar istehsalçılardan tarlabaşında tədarük edilərək Sumqayıt və Xırdalan şəhərlərində, eləcədə, Əhmədli, Masazır qəsəbələrində, ”Yaşıl bazar”da satışı həyata keçirilib.

Qeyd olunan müddət ərzində 3 000 ton, dəyəri 4 milyon manat olan kənd təsərrüfatı məhsulları ixrac edilib. İxracın strukturunda  fındıq qabığı, alma, xurma, balqabaq, göyərti, kartof və pomidor məhsulları üstünlük təşkil edib. Məhsullar Rusiya bazarlarına ixrac olunub.

Səhmdar Cəmiyyət tərəfindən tədarük-təchizat sisteminin genişləndirilməsi üçün əlavə tədbirlər həyata keçirilir.