Becərmək sizdən,
tədarük bizdən!

Bir qarış torpaq da boş qalmamalıdır!

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

XƏBƏRLƏR

  • 03.10.2018, 15:30

    COCUQ MƏRCANLIDA İSTEHSAL OLUNMUŞ MƏHSULLAR TƏDARÜK EDİLİB

    Ətraflı
  • 02.10.2018, 15:15

    LƏNKƏRANDAKI UŞAQ BAĞÇALARINDA İCTİMAİ NƏZARƏT TƏDBİRİ KEÇİRİLİB

    Ətraflı

03.04.2018, 16:55

ƏMƏKDAŞLARIMIZ SEMİNARDA İŞTİRAK EDİBLƏR

Səhmdar Cəmiyyətin bir qrup əməkdaşı Dünya Bankının təşkil etdiyi “Kənd təsərrüfatı sektorunda risklərin qiymətləndirilməsi” adlı seminarda iştirak edib.

Bakı ofisində keçirilmiş  seminarda Dünya Bankının məsləhətçisi Dr.Carl Larsen tərəfindən hazırlanmış kənd təsərrüfatı üzrə məsləhət xidmətləri sisteminin möhkəmləndirilməsinə həsr olunmuş birgə tətqiqat müzakirə edilib. Kənd təsərrüfatı üzrə məsləhət xidmətləri sisteminin möhkəmləndirilməsindən bəhs edən tətqiqat aqrar sektorda  informasiya-məsləhət xidmətlərinin iqtisadi əhəmiyyəti, bu sahədə mövcud təcrübələrin genişləndirilməsini əhatə edir.

Beynəlxalq iqtisadi münasibətlər departamentinin müdir müavini Nicat Rəhimli, həmin departamentin əməkdaşı Vasif Bayramov, İnformasiya və elektron xidmətlər departamentinin əməkdaşları Ayaz Kərimov, Kamran Vəliyev, eləcədə Monitorinq departamentinin əməkdaşları Elmir Quliyev, Rəhim İbrahimli seminarda aparılmış müzakirə ilə bağlı təkliflərini səsləndiriblər.