Becərmək sizdən,
tədarük bizdən!

Bir qarış torpaq da boş qalmamalıdır!

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

XƏBƏRLƏR

  • 08.11.2018, 16:00

    AZƏRBAYCAN DÖVLƏT BAYRAĞI-100

    Ətraflı
  • 31.10.2018, 10:25

    SƏHMDAR CƏMİYYƏT MONQOLUSTAN BAZARINI ARAŞDIRIB

    Ətraflı

31.10.2018, 10:25

SƏHMDAR CƏMİYYƏT MONQOLUSTAN BAZARINI ARAŞDIRIB

İqtisadiyyat Nazirliyi  13-18 oktyabr tarixlərində Monqolustan Respublikasına ixrac missiyası təşkil etdi. Missiyanın məqsədi iki ölkə arasında ticarət münasibətlərini genişləndirmək üçün qarşılıqlı iqtisadi münasibətlərin inkişaf etdirilməsi, sahibkarların işgüzar müzakirələrinə nail olaraq yeni əməkdaşlıq sahələrinin tapılması idi. 

İxrac missiyası tərəfindən aparılmış ikitərəfli görüşlərdə qida məhsullarının istehsalı, şərabçılıq, informasiya texnologiyaları istiqamətlərində əməkdaşlıq məsələləri əsas müzakirə mövzusu oldu. 

İxrac missiyasında “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-də təmsil olundu, İdarə Heyətinin sədr müavini Elşən Əsədov müzakirələrdə aktiv iştirak etdi.

Səhmdar Cəmiyyətin rəsmisi  “Genco Group of Companies”, “Maxİmpex”, “Naran Foods Co. Ltd”, “Erdanet Makh” şirkətlərinin rəhbərləri ilə görüşərək əməkdaşlıq perspektivlərini müzakirə edib.

E.Əsədov Azərbaycan - Monqolustan Konqresinin rəhbəri Abbas Quliyevlə,  “Vertus Group”un rəhbəri Faiq Ağayevlə apardığı işgüzar müzakirədə Azərbaycanın kənd təsərrüfatı məhsullarının Monqolustana ixracı imkanları gözdən keçirilib.

Xatırladaq ki, ixrac missiyasının həyata keçirilməsi Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqanın bu ilin sentyabrında ölkəmizə səfəri və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə apardığı müzakirələrin yekununda qərara alınmışdı.