Becərmək sizdən,
tədarük bizdən!

Bir qarış torpaq da boş qalmamalıdır!

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

XƏBƏRLƏR

  • 19.09.2018, 11:40

    UŞAQ BAĞÇALARINDA “AÇIQ QAPI GÜNÜ”

    Ətraflı
  • 14.09.2018, 17:45

    BAKININ İŞĞALDAN AZAD EDİLMƏSİNDƏN 100 İL ÖTÜR

    Ətraflı

23.07.2018, 14:50

SƏHMDAR CƏMİYYƏT QANSU İNVESTİSİYA VƏ TİCARƏT YARMARKASINDA

Səhmdar Cəmiyyəti təmsil edən  nümayəndə heyəti Çinin Qansu əyalətində keçirilən ənənəvi 24-cü  Qansu İnvestisiya və Ticarət Yarmarkasında iştirak edib.

Tədbirdə qədim İpək Yolu ölkələrinin daxil olduğu “Bir kəmər - Bir Yol” layihəsi çərçivəsində aqrar sektorda qlobal çağrışlar, qida təhlükəsizliyi problemləri, müasir texnologiyaların tətbiqi məsələləri geniş müzakirə olunub. Səhmdar Cəmiyyətin İdarə Heyətinin sədri Əbülfət Qocayev forumdakı çıxışında əlverişli logistika şəbəkəsində yerləşən ölkələr arasında ticarət dövriyyəsinin artırılması imkanları haqda danışıb. Vurğulanıb ki, qida istehsalı sahəsində Çinin innovativ texnologiyaları ölkəmizdə yeni istehsal-emal sahələrinin yaradılmasına imkan verə bilər. “Azərbaycan məhsulları dünya standartlarına uyğun, texnoloji qaydalar əsasında emaldan keçərək Çinin böyük bazarlarına yol tapa bilər”- deyə Ə. Qocayev bildirib.

Forum çərçivəsində Zhuang Lang şəhərinin meri Song Shu Hangla görüş keçirilib. Görüşdə sahibkarlar, müəssisə nümayəndələri iştirak ediblər. Azərbaycan nümayəndə heyətinə  həyata keçirilən layihələr haqqında məlumat verilib.

Görüşdə Azərbaycanın iqtisadi potensialı və Səhmdar Cəmiyyətin fəaliyyəti  haqqında geniş  təqdimatlar nümayiş etdirilib. Hər iki ölkənin maraqları çərçivəsində olan idxal - ixrac imkanlarına dair  müzakirə aparılıb. Bu istiqamətdə genişmiqyaslı əməkdaşlıq tədbirlərinin həyata keçirilməsi tövsiyyə edilib.

Sonda Səhmdar Cəmiyyətlə Qansu əyaləti arasında ticarət əlaqələrinin genişləndirilməsini ehtiva edən əməkdaşlıq sazişi imzalanıb. Sazışə əsasən, qarşılıqlı təcrübə mübadiləsinin aparılması, birgə ticarət xarakterli səfərlərin reallaşdırılması, ölkələr arasında idxal-ixrac prosesinə tövhə verilməsi qərara alınıb.