Becərmək sizdən,
tədarük bizdən!

Bir qarış torpaq da boş qalmamalıdır!

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

XƏBƏRLƏR

  • 18.10.2018, 12:40

    AZƏRBAYCANIN DÖVLƏT MÜSTƏQİLLİYİ QAZANMASINDAN 27 İL ÖTÜR

    Ətraflı
  • 03.10.2018, 15:30

    COCUQ MƏRCANLIDA İSTEHSAL OLUNMUŞ MƏHSULLAR TƏDARÜK EDİLİB

    Ətraflı

18.10.2018, 12:40

AZƏRBAYCANIN DÖVLƏT MÜSTƏQİLLİYİ QAZANMASINDAN 27 İL ÖTÜR

Səhmdar Cəmiyyətin mərkəzi binasında 18 Oktyabr Dövlət Müstəqilliyi Günü münasibəti ilə tədbir keçirilib.

Əvvəlcə, ölkəmizin suverenliyi yolunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib. Xalqımızın müstəqillik mübarizəsinə həsr olunmuş videofilm nümayiş etdirilib.

Səhmdar Cəmiyyətin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nicat Nəsirli, Bakı Dövlət Universitetinin dosenti, tarixçi alim Atamoğlan Məmmədli xalqımızın tarixboyu apardığı istiqlal mübarizələrindən söz açıblar. Vurğulanıb ki, XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranmış tarixi şərait nəticəsində Azərbaycan dövlət müstəqilliyini bərpa etdi. 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd - Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildi. Konstitusiya Aktında göstərilib ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir. Konstitusiya Aktı 6 fəsil, 32 maddədən ibarətdir. Azərbaycanın müstəqilliyi bərpa olunandan sonra dövlət bayrağı, himni və gerbi haqqında qanunlar qəbul edilib.

Natiqlər vurğuladılar ki, gərgin geosiyasi və ölkədaxili vəziyyətdə aparılan  dövlət quruculuğu Ümummilli Lider Heydər Əliyevin xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtmasından sonra vüsət götürdü. Konstitutsiya qəbul edildi, demokratik təsisatlar yaradıldı, ölkənin sosial-iqtisadi inkişafı ilə bağlı mühüm addımlar atıldı. Hazırda Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında güclü dövlətə çevrilib. İnamla həyata keçirilən siyasət nəticəsində Azərbaycan hər keçən il öz müstəqillik təməllərini gücləndirməkdədir.

Sonda tarixçi-alim öz kitabını Səhmdar Cəmiyyətin kitabxanasına hədiyyə verib.