Becərmək sizdən,
tədarük bizdən!

Bir qarış torpaq da boş qalmamalıdır!

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

XƏBƏRLƏR

  • 26.05.2018, 12:50

    AZƏRBAYCAN XALQ CUMHURİYYƏTİ - 100

    Ətraflı
  • 10.05.2018, 12:00

    ÜMUMMİLLİ LİDERİN ANADAN OLMASININ 95-Cİ İLDÖNÜMÜ QEYD OLUNUB

    Ətraflı

26.05.2018, 12:50

AZƏRBAYCAN XALQ CUMHURİYYƏTİ - 100

“Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətin təşkilatçılığı ilə Nizami Kino Mərkəzində Azərbaycan Xalq Cumhuriyyətinin yaradılmasının 100 illik yubleyinə həsr olunmuş tədbir keçirilib.

Dövlət himninin səsləndirilməsi ilə başlamış tədbirdə çıxış edən İdarə Heyətinin sədr müavini Elşən Əsədov və ictimaiyyətlə əlaqələr üzrə böyük mütəxəssis Nicat Nəsirli çıxış edərək XX əsrin əvvələrində baş vermiş geosiyasi hadisələrə toxunub,  Xalq Cumhuriyyətinin yaradılmasını tarixi zərurət kimi xarakterizə ediblər. Vurğulanıb ki, Ümummilli Lider H.Əliyevin əsasını qoyduğu müasir Azərbaycan dövləti AXC-nin siyası varisidir. Bu gün möhkəm təməlləri üzərində inkişaf edən milli dövlətimiz daim inkişaf edir, gələcəyə inamla addımlayır.   

Daha sonra Bakı Media Mərkəzinin istehsalı olan “Əbədi ezamiyyət” sənədli filminə baxış keçirilib. Filmin məsləhətçisi, kinorejissor Tahir Əliyev ekran əsəri üzərində aparılmış gərgin işdən söz açıb. Filmin baş prodüseri Arzu Əliyevadır. Film 1919-cu ilin yanvarında Azərbaycan Xalq Cümhuriyyətinin parlament sədri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Paris Sülh Konfransına ezam edilən nümayəndə heyətinin keşməkeşli taleyindən bəhs edir.