Becərmək sizdən,
tədarük bizdən!

Bir qarış torpaq da boş qalmamalıdır!

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

XƏBƏRLƏR

  • 26.05.2018, 12:50

    AZƏRBAYCAN XALQ CUMHURİYYƏTİ - 100

    Ətraflı
  • 10.05.2018, 12:00

    ÜMUMMİLLİ LİDERİN ANADAN OLMASININ 95-Cİ İLDÖNÜMÜ QEYD OLUNUB

    Ətraflı

10.05.2018, 12:00

ÜMUMMİLLİ LİDERİN ANADAN OLMASININ 95-Cİ İLDÖNÜMÜ QEYD OLUNUB

“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin kollektivi əvvəlcə Fəxri Xiyabanda Ulu Öndərin məzarını ziyarət edib, xatirəsinə ehtiramını bildirib.  

Konfransdan əvvəl iştirakçılar dahi siyasətçinin həyat və fəaliyyətindən bəhs edən videofilmə baxıblar.

Konfransda çıxış edən İH-nin sədr müavinləri Xaliq Məmmədov və Elşən Əsədov dahi şəxsiyyətin siyasi irsi, milli dövlətçilik ənələrinin yaradılması istiqamətindəki titanik rolunu təhlil ediblər. Natiqlərin fikrincə, Ümummilli Lider hakimiyyətə gəldiyi illərdə konseptual proqram əsasında ölkənin qarşısında duran ciddi sosial-iqtisadi problemlərin həlli ilə məşğul olub və bu gün ölkəmizin dünya dövlətləri sırasında dayanması onun yorulmaz fəaliyyətinin nəticəsidir.

Səhmdar Cəmiyyətin departament müdiri Abbas Hacıyev, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nicat Nəsirli çıxış edərək Ulu Öndərin fərdi xüsusiyyətləri, çağdaş tariximizdəki rolu, tarixi missiyası, milli birliyin möhkəmləndirilməsindəki xidmətlərindən söz açıblar.