Becərmək sizdən,
tədarük bizdən!

Bir qarış torpaq da boş qalmamalıdır!

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

XƏBƏRLƏR

  • 27.10.2018, 11:35

    TƏDARÜK - TƏCHİZAT YARMARKASI FƏALİYYƏTƏ BAŞLADI

    Ətraflı
  • 23.10.2018, 14:20

    SƏHMDAR CƏMİYYƏT "INTERFRESH-2018" SƏRGİSİNDƏ İŞTİRAK ETDİ

    Ətraflı

27.10.2018, 11:35

TƏDARÜK - TƏCHİZAT YARMARKASI FƏALİYYƏTƏ BAŞLADI

“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin təşkil etdiyi kənd təsərrüfatı məhsullarının satış-yarmarkası fəaliyyətə başlayıb.

Yarmarka səhər saat 10.00-da Yasamal rayonu, Seyfəddin Dağlı küçəsində (Hüseyn Cavid prospekti ilə kəsişmə, “Space” telekanalının yanı, 225 nömrəli məktəbin qarşısı) istehlakçıların ixtiyarına verilib. Hər həftənin şənbə, bazar günləri fəaliyyət göstərəcək yarmarkada kiçik və orta fermerlərdən tədarük olunmuş 122 adda, 40 tondan artıq ekoloji təmiz məhsullar satışa çıxarılacaq. Qiymətlər   bazarlardakından  20% ucuzdur. Alış-veriş edən paytaxt sakinləri qiymətlərin əlverişli olmasını bildiriblər.

Yarmarkanın açılışında iştirak edən İdarə Heyətinin sədri Əbülfət Qocayev və Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov məhsullara baxış keçirib və alıcılarla söhbət ediblər. Paytaxt sakinləri bu cür ucuz yarmarkaların təşkil olunmasına ehtiyac olduğunu bildiriblər, gələcəkdə yarmarkanın gündəlik fəaliyyət göstərməsi nəzərdə tutulub. 

Səhmdar Cəmiyyət paytaxtın digər ərazilərində də satış yarmarkaların təşkil olunması üçün işlər aparır.