Becərmək sizdən,
tədarük bizdən!

Bir qarış torpaq da boş qalmamalıdır!

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

XƏBƏRLƏR

  • 02.08.2018, 15:30

    CƏBHƏ BÖLGƏSİNDƏ BİRGƏ TƏDARÜK AKSİYASI

    Ətraflı
  • 31.07.2018, 10:40

    "BU ADDIM BİZİ XEYLİ RUHLANDIRDI"

    Ətraflı

30.03.2018, 12:30

XALQIMIZA QARŞI TÖRƏDİLMİŞ SOYQIRIMDAN 100 İL ÖTÜR

“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-də 31 Mart Azərbaycanlıların Soyqırımının 100 illiyinə həsr olunmuş anım tədbiri keçirilib.

Əvvəlcə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İdarə Heyətinin sədr müavini Elşən Əsədov çıxış edərək xalqımıza qarşı həyata keçirilmiş soyqırım hadisələrindən danışıb, tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması sahəsində dövlət səviyyəsində görülmüş işləri tədbir iştirakçılarının diqqətinə çatdırıb. Vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Fərmanı ilə 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilərək, tarixi-siyasi qiymət verilib. Prezident İlham Əliyevin təşəbbüsü ilə xalqımıza qarşı törədilmiş qanlı hadisələr beynəlxalq müstəviyə çıxarılaraq əsaslı addımlar atılıb.  

Bakı Dövlət Universitetinin Tarix fakultəsinin müəllimi, tarix elmləri doktoru Nuru Məmmədov xalqımıza qarşı törədilmiş soyqırımların təfərrüatlarını açıqlayıb, XX əsrin əvvələrində yaranmış gərgin geopolitik vəziyyəti təhlil edib. Tarixçi alim bildirib ki, 1918-ci ilin 30 mart - 3 aprel tarixləri arasında Bakı şəhərində, eləcədə Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti-Daşnaksütundan olan erməni silahlı dəstələri azərbaycanlılara qarşı kütləvi qırğınlar törədib, tarixdə misli görünməmiş qanlı faciələrə imza atıblar.  

Azərbaycan ərazisində erməni vəhşiliyinə  qarşı aparılmış milli müqavimət hərəkatından söz açan natiq Bakıda, Gəncədə v digər bölgələrdə soyqırımın dayandırılması istiqamətdində tarixi şəxsiyyətlərin atdığı addımları tarixi fatlar əsasında diqqətə çatdırıb.

Anım tədbiri diskussiya ilə davam etdirilib.